Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəblilərlə görüşüb
Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəblilər və onların valideynləri ilə görüş keçirilib.
Görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, Rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəblilər, onların məktəb direktorları və valideynləri iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib. Forumda Neftçala rayonunu 3 məktəbli təmsil edib. Forumun əsas məqsədi uşaqlarda liderlik keyfiyyətlərinin formalaşmasına təkan vermək, öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştiraklarını təmin etmək, problemləri ilə bağlı təşəbbüs irəli sürmək və təklif vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdən ibarətdir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Forumda iştirak edən şagirdlərlə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Uşaq ili” elan etdiyi 2009-cu ildən başlayaraq keçirilən Forumların ənənə halını almasını, uşaqlara qarşı hər zaman Cənab Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanımƏliyeva tərəfindən diqqət və qayğı ilə əhatələndiyini qeyd edib. Ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların təhsil alması üçün yaradılan şəraitdən danışıb.
Görüşdə çıxış edən valideynlər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Görüşün sonunda Neftçala RİH başçısı tərəfindən şagirdlərə verilən Sertifikatlar və Neftçala RİH tərəfindən xatirə hədiyyələri təqdim olunub, xatirə şəkili çəkilib.