15 iyun – Milli Qurtuluş Günü qeyd olunmuşdur
İyunun 13-də Milli Qurtuluş Günü münasibətilə Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül çiçək dəstələri düzülmüşdür.
İlk öncə Rayon İcra Hakimiyyətinin akt zalında Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.Vəliyevin Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətini təbrik etdi, Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov çıxış etmişdir.O, Ulu Öndərin ölkəmizdə dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərindən söz açmış və qeyd etmişdir ki,ölkəmizin əldə etdiyi nailiyyətlərin bünövrəsi, başlanğıcı məhz həmin tarixdə qoyulmuş, Azərbaycan məhz həmin gündən müasir dünyaya yeni inteqrasiya mərhələsinə qədəm qoymuşdur.Azərbaycan tənəzzüldən tərəqqiyə, böhrandan sabitliyə gələn yolu çətin olsada sonda həmişə uğur və nailiyyətlərlə nəticələnib.Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin qoyduğu təməl üzərində ucalan Azərbaycanın xoşbəxt gələcəyinin təminatıdır.Tədbirdə ölkə başçısı cənab İlham Əliyev tərəfindən dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan qüdrətli ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi sahəsində aparılan səmərəli və məqsədyönlü işlər xususi vurğulanmışdır.
Bayram tədbiri Bayraq meydanı-Bulvarda davam etdirilmişdir. Sonra rayon mədəniyyət və incəsənət ustaları maraqlı konsert proqramı ilə rayon sakinləri qarşısında çıxış etmiş, tədbir əhali tərəfindən böyük coşqu ilə qarşılanmışdır.