Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib
05 fevral 2022 | 04:02
Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən Neftçala şəhəri, o cümlədən qəsəbə və kənd sakinlərinin iştirakı ilə baş tutub.
Müraciətlər əsasən işlə təmin olunma, torpaqların verilməsi, evlərinə təmir üçün köməklik edilməsi və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Bir sıra digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.