Neftçala rayonunda “Ölkədə uğurlu sosial layihələrin icrası” layihəsinə start verilib
Əhali arasında ideoloji maarifləndirmə işinin optimallaşdırılmasını təmin etmək məqsədi ilə “Ölkədə uğurlu sosial layihələrin icrası” layihəsinə start verilib.
Layihəni ilk görüşündə Neftçala RİH məsul şəxsləri, DSMF-in, Sığorta Kommersiya şirkətinin, Neftçala RMX PHŞ-nin, Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri, təqaüdçülər, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
“Ölkədə uğurlu sosial layihələrin icrası” layihəsində cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifah halının yaxşılaşdırılması üçü görülən işlərdən, sosial- iqtisadi sferada icra olunan layihələrdən danışılıb və videoçarx izlənilib. Uğurlu sosial layihələrin əhalinin həssas qrupları tərəfindən razılıqla qarşılandığı ifadə olunub, göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Görüşdə “Ölkədə uğurlu sosial layihələrin icrası” layihəsi müzakirə olunub və qarşılıqlı müzakirələr ilə davam etdirilib.