Neftçala rayonunda genişmiqyaslı abadlıq, təmir-bərpa və təmizlik işləri davam etdirilir
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa və təmizlik işləri davam etdirilir. Neftçala Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin və "DOST İş Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilən işlərə canlı qüvvə və texnikalar cəlb olunub.
Görülən işlər zamanı Neftçala rayonu Heydər Əliyev prospektində abadlıq və təmizlik işləri görülüb. Bununla yanaşı Rayonun Xıllı, Bankə və Həsənəbad qəsəbələrində geniş miqyaslı təmizlik işləri aparılıb, küçələr və qəbiristanlıqların ətrafı kol-kosdan təmizlənib və yeni ağaclar əkilib.
Qeyd edək ki, görülən işlər Neftçala rayonunun təmiz və abad olması, həmçinin sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir. Rayon sakinləri və rayonumuzun qonaqları görülən işləri dəstəkləyərək, təmizliyə riayət etmələri və yaşıllıqları qorumaları xahiş olunur.