Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası Neftçala rayonunda onkoloji xəstələrin erkən aşkar olunması məqsədilə profilaktik müayinələr aparmışdır
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Neftçala Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Səhiyyə Nazirliyinin baş mütəxəssisi-respublikanın baş onkoloqu Azad Aydın oğlu Kərimlinin rəhbərliyi altında Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadası 11-12 iyun tarixlərində Neftçala rayonunda onkoloji xəstələrin erkən aşkar olunması məqsədilə profilaktik müayinələr aparmışdır. Həkim-nevropatoloq, həkim-mammoloq, həkim-ginekoloq, həkim-cərrah və digər mütəxəssislərdən ibarət həkim briqadası müayinəyə cəlb olunmuşdur.
Müayinə müddətində 361 xəstə müayinə olunmuş, bu xəstələrdə 1051 müayinə aparılmışdır. Səyyar müayinə maşınlarında quraşdırılmış avadanlıqlar vasitəsilə xəstələr mommoqrafiya, rentgenoqrafiya, ultra səs müayinələrindən keçirilmişdir. Aşkar olunan xəstələrə daha ixtisaslı müayinə və müalicələr aparılması üçün Milli Onkologiya Mərkəzinə göndəriş verilmişdir.