Neftçala RİH təşkilatçılığı və Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə balıqçılıq fəaliyyəti məşğul olan şəxslərlə görüş keçirilib
Görüşdə Neftçala RİH-nin, DSX-nin, FHN-nin, Ekollogiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin və dənizçilik fəaliyyəti ilə məşğul olan şəxslər iştirak ediblər.
Keçirilən görüşdə “Azərbaycan Respublikasının dövlət sərhəddi haqqında” Qanuna edilən dəyişiklik ilə əlaqədar qanunvericiliyin müddəaları izah edilib və maarifləndirmə işləri aparılıb. Edilən dəyişikliklərə əsasən Xəzər dənizində balıqçılıq təyinatlı kiçik həcmli mühərrikli gəmilər ilə dənizə çıxarkən sahildən 10 dəniz milinədək yəni 18,52 km, gəzinti və həvəskar balıq ovu təyinatlı kiçik həcmli asma mühərrikli gəmilərlə isə 2 dəniz milinədək yəni 3,704 km dəniz sahilindən uzaqlaşmağa icazə verilir. Qeyd olunan dəyişikliklər dənizçilik fəaliyyəti ilə məşğul olan şəxslərə izah olunub və görüş müzakirələr ilə davam etdirilib. Balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərlə maarifləndirici görüşlərin mütəmadi keçirilməsi diqqətə çatdırılıb.