Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Fövqəladə hallarda davranış qaydaları” təlim-layihənin yekun tədbiri keçirilib

28 yanvar 2022 | 04:01

“Fövqəladə hallarda davranış qaydaları” adlı təlim-layihənin yekun tədbiri keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon Təhsil Şöbəsinin, Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri, məktəb və məktəbəqədər müəssisə rəhbərləri, təlim-layihədə fəal iştirak edən şagirdlər və valideynlər  iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Təlim-layihə haqqında məlumat verən Neftçala RİH-nin əməkdaşı Esmira Məmmədzadə təlimlərin məqsədi, davametmə müddəti, təlimlərin təşkil olunduğu məktəblər və məktəbəqədər müəssisələr haqqında tədbir iştirakçılarına məlumat verib və təlimlər haqqında videoçarx izlənilib.
Tədbirdə çıxış edən Neftçala rayon Təhsil Şöbəsinin, Neftçala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin, Neftçala rayon Gənclər və İdman İdarəsinin məsul şəxsləri təlim-layihə haqqında fikirlərini bildiriblər.
Tədbirin sonunda təlim-layihədə fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.

Keçidlər