Neftçala rayonunun ən uzun ömürlü sakini rəhmətə gedib
04 dekabr 2021 | 02:12
Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Neftçala rayonun Beştalı kənd sakini 1896-cı il doğum tarixli Səmədova Sona Cəfər qızıda bu siyahıya daxil idi. Rayonun ən uzun ömürlü sakini olan Səmədova Sona bu gün rəhmətə gedib və Neftçala rayonu Beştalı kənd qəbiristalığında dəfn olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun və RİH kollektivi adından ailəsinə baş sağlığı veririk.