Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.
“Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə qonaqlar tərəfindən baxış keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səslənib və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə başlayan Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürov 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, ordumuzun gücündən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətindən danışıb.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən Müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıb.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratmasından, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, qazilərin hər zaman Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunuda qeyd edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı “Zəfər Günü” bayramı münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib.
“Zəfər Günü” bayramı Xalq artisti Samir Cəfərov, Heydər Anatollu, Əməkdar artist Cahangir Qurbanov, Zakir Əliyev, Səidə Şərifəliyeva, gənc müğənni Çinarə Məlikzadə, bağlama ustası Əlişahin, qiraət ustası Xəzər Süleymanlı, hərbi-vətənpərvərlik marşları və mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və digər sənətkarların musiqili konsert proqramı ilə davam etdirilib.