8 Noyabr – Zəfər Gününün 5 illik yubileyinə həsr olunmuş “Zəfərlə Yazılan Tarix” adlı bayram tədbiri keçirilib
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının baş redaktoru Şahbaz Balakişiyev, Neftçala rayon Gənclər və İdman Sektorunun müdiri Araz Əhmədov, şəhid ailələri, Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları, eləcə də idarə və müəssisə rəhbərləri, müəllimlər və tələbələr iştirak ediblər.Tədbir açıq elan edilməmişdən öncə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.Tədbir iştirakçıları ilk öncə Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin tələbə və müəllim heyəti tərəfindən hazırlanaraq sərgilənən əl işlərinə, eləcədə rəsm əsərlərinə baxış keçiriblər.Bayram tədbirini açılış nitqi ilə açıq elan edən məktəbin direktoru Tarıyel Yaqubov çıxış edərək Zəfər Gününün xalqımızın tarixi yaddaşındakı möhtəşəm yeri və əhəmiyyətindən söz açmış, Zəfər Gününün təkcə qələbənin deyil, həm də milli həmrəyliyimizin, dövlətçilik iradəmizin, gələcəyə inamımızın rəmzi olduğunu vurğulamışdır. Sonra tədbirdə iştirak edən Neftçala rayon İcra Hakimiyyətinin Başçısı cənab Mirhəsən Seyidov çıxış edərək “8 Noyabr-Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Çıxışı zamanı başçı beş il əvvəl 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq və vətənpərvərlik göstərərək doğma torpaqlarımızı işğaldan azad etdiyini, xalqımıza böyük Zəfər sevincini yaşatdığını vurğuladı. Eyni zamanda başçı çıxışında Zəfərimizin Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin, şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilmiş ədalətin təntənəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra tədbirdə Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalının baş redaktoru Şahbaz Balakişiyev, Vətən Müharibəsi qazisi baş leytenant Yusif Abdullayev, məktəbin hərbi hazırlıq müəllimi Ülvi Məhərrəmli çıxış edərək Zəfər Gününün 5 illik yubileyinin dərin mənəvi və tarixi önəmini qeyd edərək, şəhidlərimizin qəhrəmanlığından və ordumuzun yenilməzliyindən bəhs ediblər.Çıxışlardan sonra tədbir rayonun mədəniyyət nümayəndələrinin və eyni zamanda Neftçala Peşə Məktəbi, eləcə də Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin şagird və təbələrinin ifasında səsləndirilən musiqi nömrələri ilə davam etdirilib.
Sonda bayram tədbirində iştirak edən qazilərimizin və müharibə iştirakçılamızın iştirakı ilə “Zəfər tortu” kəsilib və onlarla xatirə fotosu çəkilib.







