Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr "Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş şahmat idman növü üzrə rayon turnirinin açılış mərasimi keçirilib

25 oktyabr 2025 | 16:55

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr "Zəfər Günü"nün 5-ci ildönümü ilə əlaqədar uşaq və yeniyetmələr arasında şahmat idman növü üzrə rayon turnirinin açılış mərasimi keçirilib.

İlk öncə xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Aqşin Hüseynli, məktəbin məşqçi-müəllim heyəti və şagirdlər iştirak edib.

Çıxış edənlər  8 Noyabr “Zəfər Günü”nün tarixi əhəmiyyəti, bu günün Azərbaycan xalqının birlik, qəhrəmanlıq və qürur rəmzi olduğunu diqqətə çatdıraraq, iştirakçılara xoş aruzlarını bildiriblər.

Qeyd edək ki, yarışda müxtəlif yaş qrupları (6, 8, 10, 12 yaş) üzrə 84 nəfər şahmatçı mübarizə aparır və turnir İsveçrə sistemi üzrə, 5 tur olmaqla 1 noyabr 2025-ci il tarixinə qədər davam edəcək.

Bütün iştirakçılara uğurlar arzulayırıq.

Keçidlər