"8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümü ilə bağlı veloyürüş təşkil edilib
29 oktyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun və Neftçala Peşə Məktəbi PHŞ-nin birgə təşkilatçılığı, Neftçala Rayon Polis Şöbəsinin və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümü münasibətilə Neftçala şəhərində veloyürüş təşkil edilib.
Veloyürüşdə rayonun fəal yeniyetmə və gəncləri iştirak ediblər.
Neftçala şəhərinin Heydər Əliyev prospekti boyunca Azərbaycan bayraqları ilə hərəkət edən veloyürüş iştirakçıları Vətən müharibəsində qazanılan böyük Zəfərimizin əzəmətini, şəhidlərimizin xatirəsinə olan dərin ehtiram və qürurunu nümayiş etdiriblər.
Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin aşılanması və Zəfər Gününün tarixi əhəmiyyətinin təbliği olub.







