Şriftin ölçüsü :

Saytın rəngi :

"8 Noyabr - Zəfər Günü"ə həsr olunan mini-futbol idman növü üzrə rayon turnirinin açılış mərasimi olub

15 oktyabr 2025 | 15:11

14 oktyabr 2025-ci il tarixdə Neftçala Olimpiya İdman Kompleksində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsi Neftçala rayon təhsil sektorunun birgə təşkilatçılıqları ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr olunmuş şəhər və qəsəbə ümumtəhsil məktəb komandaları arasında mini-futbol üzrə Neftçala rayon turnirinin açılış mərasimi olub.

Açılış mərasimində Neftçala Rayon İcraHakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev, Neftçala Rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon Təhsil sektorunun məsul əməkdaşı Əli Məmmədzadə və digər aidiyyəti şəxslər iştirak edib.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edənlər idmançıları salamlayaraq, “Konstitusiya və Suverenlik İli” və Vətən Müharibəsində əldə edilmiş tarixi Zəfər barədə ətraflı məlumat verib, tədbirin əhəmiyyətini diqqətə çatdırıblar. Çıxışçılar bu gün ölkəmizdə və rayonumuzda idmana və idmançılara göstərilən diqqət və qayğıdan bəhs edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar.  Daha sonra oyunlara start verilib.
Qeyd edək ki, mini futbol turniri oktyabr ayının 17-dək davam edəcək.

Keçidlər