Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilib

05 noyabr 2021 | 07:11

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adları verilib. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti  Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanların adlarını əbədiləşdirib. Bu qərara əsasən Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun adı verilib.

Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi

 

Keçidlər