Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala rayon Həsənəbad qəsəbə sakini İsmayılov Camal Vidadi oğlunun, Cəngan kənd sakini Mənəfov Şahmar Vidadi oğlunun, Mikayıllı kənd sakini Əliyev Elçin Ələkbər oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid İsmayılov Camal Vidadi oğlu 7 iyul 1984-cü il Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Camal İsmayılov hərbi xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubileyi medalı, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medalları, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubileyi medalı, "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Camal İsmayılov ölümündən sonra təltif edilib.
Şəhid Mənəfov Şahmar Vidadi oğlu 20 mart 1990-cı il Neftçala rayonunun Cəngan kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala rayon Cəngan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni və "Şücaətə görə" medalı, 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə Şahmar Mənəfov ölümündən sonra təltif edilib.
Şəhid Şahmar Mənəfovun il dönümündə şəhidin adını daşıyan xatirə bulağı kompleksinin açılışıda olub. Açılış məktəblilərin hazırladıqları kompazisiyalar ilə davam edib.
Şəhid Əliyev Elçin Ələkbər oğlu 15 yanvar 1997-ci il Neftçala rayonu Mikayıllı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə Elçin Əliyev ölümündən sonra təltif edilib.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Cmal İsmayılovun, Şahmar Mənəfovun və Elçin Əliyevin il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.