Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid xatirə bulağı kompleksinin açılışı olub

18 oktyabr 2021 | 04:10

44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimiz Zeynalov Məhəmməd Bəxtiyar oğlunun, Bayramov Əmrah Hüseyn oğlunun,Məmmədov Natiq İltifat oğlunun və Kəlbiyev Telman Yadigar oğlunun xatirəsinə şəhid xatirə bulağı kompleksinin açılışı olub.
Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən şəhidlərimizin əsgər yoldaşları, şəhid valideynləri şəhidlərimizin həyat yolundan, döyüş şücaətlərindən danışıb.
Şəhidlərimiz əsgər yoldaşları çıxış edərək 44 günlük Vətən müharibəsində şəhidlərimiz döyüş yolundan, göstərdikləri şücaətdən, mərdlikdən danışıblar və şəhidlərimiz ruhuna dualar oxunub.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunu qeyd edib.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidin ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.
Tədbir məktəb şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.

Keçidlər