Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Neftçala şəhər sakini Əsədov Əsəd Cəmaləddin oğlunun və Neftçala rayonu Aşağı Qaramanlı kənd sakini Orucov Yunis Şaiq oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçala rayonu Tatarməhlə kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 13-də Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə Əsəd Əsədov ölümündən sonra təltif edilib.
Şəhid Orucov Yunis Şaiq oğlu 01 may 2001-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 13-də Neftçala rayon Aşağı Qaramanlı kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə Yunis Orucov ölümündən sonra təltif edilib
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Şəhid Əsəd Əsədovun və Yunis Orucovun il dönümü ilə əlaqədar təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhidlərin ailəsinə Neftçala RİH başçısı tərəfindən şəhidlərin ailəsinə təqdim olunub.