Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin il dönümü qeyd olunub
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsində şəhid olan Neftçala rayonu Abasallı kənd sakini Süleymanov Rauf Allahverdi oğlunun, Xol Qaraqaşlı kənd sakini Xəlilov Coşqun Mikayıl oğlunun və Neftçala şəhər sakini Kərimli Məhəmməd Məzahim oğlunun ildönümü qeyd olunub.
Şəhidlərin il dönümündə Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Daxili İşlər Nazirliyinin general mayoru Əlaslan Ağayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidlərin məzarları ziyarət olunub, ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb.
İl dönümündə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Daxili İşlər Nazirliyinin general mayoru Əlaslan Ağayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və digər qonaqlar şəhid Rauf Süleymanovun, Coşqun Xəlilovun və Kərimli Məhəmmədin şərəfli, hər bir gənc üçün örnək olan ömür yolundan, hərbi xidmətindən, eləcə də Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdiyi qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açıb, ölümündən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, hər bir şəhid ailəsinin, qazinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatələndiyini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Şəhid Süleymanov Rauf Allahverdi oğlu 1987-ci il mayın 29-da Neftçala rayonunun Abasallı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 06-da Neftçala rayonu Abasallı kənd qəbiristanlıqlığında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə ölümündən sonra Rauf Süleymanov təltif edilib.
Şəhid Xəlilov Coşqun Mikayıl oğlu 1998-ci il oktyabrın 29-da Neftçala rayonu, kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 06-da Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə Coşqun Xəlilov ölümündən sonra təltif edilib.
Şəhid Kərimli Məhəmməd Məzahim oğlu 16 dekabr 2000-ci ildə Neftçala rayonunda anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 06-da Neftçala şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü"medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı və Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə Nazirinin 0218t №-li 28.12.2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə ölümündən sonra Məhəmməd Kərimli təltif edilib.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhid ailələrinə təqdim olunub.