Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyevin Neftçala rayonuna səfəri, İlham Əliyev Neftçalada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

29 may 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərə gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Keçidlər