Neftçala rayonunda Vətən müharibəsi şəhidinin il dönümü qeyd olunub
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan II Qaralı kənd sakini Hüseynov Pəncalı Bəhmən oğlunun şəhadətə yüksəlmələrinin ildönümü qeyd olunub.
Şəhidin il dönümündə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.
Şəhidin məzarları ziyarət olunub, ruhuna dualar oxunub və tər gül çiçəkləri düzülüb.
Şəhidin il dönümü ilə əlaqədar olaraq məktəblilərin hazırladıqları kompozisiyalar tədbir iştirakçıları tərəfindən izlənilib.
Şəhidlərimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi şəhid ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.