Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa qarşı mübarizədə mövzusunda videokonfrans formatında tədbir keçirilmişdir

24 sentyabr 2021 | 02:09

Narkomanlığa qarşı mübarizədə mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə Neftçala rayonu üzrə narkotik vasitələrə və psixotrop maddələrə nəzarət üzrə institusional sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsi artırılaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı müsbət nəticələr əldə olunub.
Həmçinin rayon ərazisində bu istiqamətdə aparılan təbliğat-təşviqat, maarifləndirmə işlərinin səmərələliyinin daha da artırılmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhər, qəsəbə və kənd ağsaqqalları tərəfindən görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirin sonunda 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramının və Komissiyasının İş Planının müvafiq bəndlərinin icrasına nəzarətin artırılması, narkomanlığa qarşı mübarizə işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin nəticəsinin təhlil edilərək qiymətləndirilməsi və bu istiqamətdə mütəmadi olaraq müzakirələrin aparılması, təbliğat işlərinin təsirliyinin artırılması istiqamətində tapşırıq və tövsiyyələr verilib.

Keçidlər