Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində təmizlik işlərinin görülməsi müntəzəm olaraq davam etdirilir

21 sentyabr 2021 | 01:09

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Bankə qəsəbə sakinlərinin çox saylı müraciətlərini nəzərə alaraq qəsəbənin məhəllə yollarında, kənd qəbiristanlıqlarında və digər yerlərdə təmizlik işlərinin görülməsi ilə əlaqədar olaraq öz tövsiyyələrini verib. Qeyd olunan tövsiyyələri nəzərə alaraq Bankə qəsəbəsi ərazisində qəsəbə daxili məhəllə yollarının ətrafı kol- kosdan, məhəllə daxili məişət tullantılarının toplandığı yerlər, qəbirstanlıqlar təmizlənib və abadlaşdırılıb.
Təmizlik işlərinin görülməsi bundan sonra da  müntəzəm olaraq davam etdiriləcəkdir.

Keçidlər