Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəbrayılın azad olunmasına görə” medalları şəhid ailələrinə təqdim olunub.

18 sentyabr 2021 | 09:09

“Cəbrayılın azad olunmasına görə” medalları şəhid ailələrinə təqdim olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçuları təltif ediliblər.
Şəhid baş gizir İsmayılov Camal Vidadi oğlunun və şəhid baş leytenant Əzizov Xəyyam Əli oğlunun “Cəbrayılın azad olunmasına görə” medalları ailələrinə təqdim olunub.
Təqdim olunmada Neftçala Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məsul şəxsləri iştirak edib.

Keçidlər