Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi Neftçala rayonunda da qeyd olundu
10 may 2014-cü il tarixində Neftçala ictimaiyyətinin iştirakı ilə başda rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla Ümummilli liderin abidəsi önünə gələrək onun qarşısına gül dəstələri və gül çələngi qoydular. Sonra tədbir iştirakçıları tərəfindən Heydər Əliyev mərkəzinin həyətində Ümummilli liderin həyat və yaradıcılığına həsr olunmuş kitab sərgisinə baxış keçirildi. Günün sonunadək Neftçala rayonunda ictimaiyyət nümayəndələri, ziyalılar yubiley münasibətilə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül-çiçək dəstələri düzülüb.
Axşam saatlarında rayonun Hüseyn Cavid adına mədəniyyət və istirahət parkında yubiley münasibətilə respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti keçirildi. Konsert proqramı möhtəşəm bayram atəşfəşanlığı ilə başa çatmışdır.