“Gender-əsaslı zorakılığın aradan qaldırılması” mövzusunda sosial teatr təşkil olunub.
“Gender-əsaslı zorakılığın aradan qaldırılması” mövzusunda sosial teatr təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, BMTİP-nin layihə qrupunun, Neftçala Qadın Resurs Mərkəzinin məsul şəxsləri, valideynlər və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən layihə müşaviri Günel Məmmədova layihə haqqında iştirakçılara məlumat verib .
Tədbirin əsas məqsədi gəncləri gender mövzusunda maarifləndirmək və gender-əsaslı zorakılıqla birgə mübarizədə həm oğlanların, həm də qızların rolunun önəmini diqqətə çatdırmaqdır.
Tədbir zamanı 24 gənc öyrəndikləri tamaşalar vasitəsilə erkən nikah, qızların təhsildən yayındırılması, məişət zorakılıqları mövzularında bacarıqlarını və istedadlarını nümayiş etdiriblər.