şənlik mərasimlərinin (toy, nişan, ad günləri) keçirilməsinə icazə verilməsi ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətində tədbir keçirilib
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərara əsasən 01 iyul 2021-ci il tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri) keçirilməsinə icazə verilməsi ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Görüşdə Neftçala RİH məsul şəxsləri, yerli inzibati ərazi dairəsi üzrə nümayədələr, şənlik evlərinin təşkil olunduğu məkanın və müəssisələrin sahibləri iştirak edib. Görüşdə karantin qaydalarına: 18 yaşdan yuxarı qonaqların COVİD-19- a qarşı peyvənd olmaları və ya COVİD-19-dan tam sağalaraq immunitetə malik olmaları haqqında təsdiqedici sənədlərin, şənlik mərasiminin keçirilməsinə ən azı 5 gün qalmış icaze.e.gov.az portalında daxil edilməlidir və digər fərdi qoruyucu vasitələrdən istifadə qaydalarına riayət olunmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri) keçirilməsinin təmin olunması diqqətə çatdırılıb və tövsiyyə olunub.