Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

18 iyun 2021 | 08:06

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu məqsədlə 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü Neftçala rayonunda da qeyd olunub.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndərin əzəmətli heykəli önünə tər gül dəstələri düzülüb, ehtiramla yad olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Neftçala RMX Publik hüquqi şəxsin, Gigiyena və Epidimologiya Mərkəzinin rəhbərləri və həkim heyyəti iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və səhiyyə işçilərinin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra həyata keçirilən islahatların tibb sahəsində də öz bəhrəsini verdiyini diqqətə çatdırdı. Səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Bu gün Ulu Öndərin həyata keçirdiyi islahatları Prezident İlham Əliyev uğurla davam etdirir, bölgələrdə müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondununda rolu danılmazdır.
Tədbirdə çıxış edən Neftçala RMX PŞ direktoru, həkim heyyəti göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Neftçala RİH başçısı Neftçala RMX PŞ-ə gətirilən yeni Təcili Tibbi Yardım avtomobilləri ilə də tanış olub.
Tədbirin sonunda iş fəaliyyətində fərqlənən və əhalinin sağlamlığının qorunmasında göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup işçi heyyəti “Fəxri Fərman”-larla təltif olunublar.

 

Keçidlər