Şriftin ölçüsü :

Saytın rəngi :

“Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda görüş keçirilib

11 iyun 2021 | 07:06

Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda görüş keçirilib.
Görüşdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, NRİH məsul şəxsləri, 3 saylı Regional Ekologiya Təbii Sərvətlər İdarəsinin nümayəndələri, yerli inzibati ərazi dairə nümayəndələri və Neftçala rayonu üzrə müvafiq inzibati ərazilərini əhatə edən bələdiyyə sədrləri iştirak edib. Keçirilən görüşdə tullantıların düzgün və qanunvericiliyə uyğun idarə olunması, bələdiyyələrin bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, işin daha səmərəli təşkili yollarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı və səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr zamanı rayon ərazisində formalaşan məişət tullantılarının qanunamüvafiq idarə olunması, bələdiyyələr tərəfindən bu sahədə təbliğat tədbirlərinin aparılmasının vacibliyi, tullantıların ətraf mühitə atılmasına, axıdılmasına və yerləşdirilməsinə görə ödəmələrin tətbiqi məsələləri bələdiyyə nümayəndələrinin nəzərinə çatdırılıb.
Aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının və ictimaiyyətin bu istiqamətdə birgə fəaliyyətinin zəruriliyi və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb, belə görüşlərin regionlarda da keçirilməsi qərara alınıb.
Sonda nümayəndə və bələdiyyələri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər