Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub

06 iyun 2021 | 02:06

Neftçala rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları Neftçala şəhərində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə meliorasiya sahəsinin inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyətə ehtiramlarını bildiriblər və önünə gül dəstələri düzülüblər.
Koronavirus (COVİD-19) pandemiyası qaydalarına uyğun olaraq məhdud sayda şəxslərin iştirakı ilə keçirilib. Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala Suvarma Sistemləri İdarəsinin, Neftçala Melioservis İdarəsinin rəhbərləri və digər işçilər iştirak edib.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Cənab Prezident İlham Əliyev su təsərrüfatı və  meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun və ASC-nin sədri Zaur Mikayılovun “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibəti ilə təbriki kollektivə oxunub, onlara bu çətin və şərəfli işlərində uğurlar arzu olunub. Hər zaman dövlətimiz tərəfindən meliorasiya işçilərinə diqqət və qayğı ilə yanaşıldığı vurğulanıb.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açdılar. Bildirildi ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb, təxirəsalınmaz layihələr həyata keçirilib.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əmək qabaqcılına “Fəxri fərman” - lar təqdim edilib.

Keçidlər