Neftçala rayonunda uşaq əyləncə məkanının açılışı olub
01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan görüş və uşaqların əyləncə məkanının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhid övladları və ağsaqqallar iştirak edib. Açılış açıq havada təşkil olunub.
Açılışdan öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Neftçala RİH başçısı və qonaqlar “Uşaqların əlvan dünyası” adlı təbaşirlə asfalt üzərində çəkilən rəsimləri, idmançıların müxtəlif nümunəvi çıxışlarını, məktəblilərin müxtəlif musiqilərini və rəqslərini izləyiblər. Açılış müxtəlif rəngarəng çıxışlarla davam edib.
Açılışda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara diqqət və qayğısını bildirib. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahürü olduğunu bildirib. Bu ənənə hal- hazırda Prezident İlham Əliyev və birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən də uğurla davam etdirilir. Bu uğurun davamı olaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunub.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və şəhid Milli Qəhrəman Samid İmanovun qızı tərəfindən yeni qurulan Əyləncə Məkanının rəmzi lenti kəsilib, sülhü özündə birləşdirən göyərçinlər və şarlar havaya buraxılıb.Neftçala Rayon İcra Hakimiyyətinin başçısı əyləncə məkanında yaradılan şəraitlə tanış olub.
Tədbirdə şəhid övladlarına xüsusi qayğı göstərilib və hədiyyələr ilə sevindirilib.
Tədbirdə iştirak edən şəhər sakinləri göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.