Neftçala rayonunda 28 may Respublika günü qeyd olunub
28 May Respublika Gününün 103-cü il dönümü Neftçala rayonunda koronavirus (COVİD-19) pandemiya qaydalarına uyğun olaraq məhdud sayda şəxslərin iştirakı ilə qeyd olunub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid valideynləri və ağsaqqallar iştirak edib.
Tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Heydər Əliyev Mərkəzində Respublika günü ilə əlaqədar məktəblilərin hazırladıqları əl işləri ilə tədbir iştirakçıları tanış olub. Tədbir Heydər Əliyev Fondunun dəstəyi və Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Son İclas” adlı sənədli filmin nümayişi ilə yekunlaşıb.