“Uşaq əməyinin qarşısının alınması” mövzusunda online təlim keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun 2073 nömrəli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın icrasını təmin etmək məqsədilə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndin icrası ilə əlaqədar şəhər və rayonlar üzrə uşaq əməyinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq əməyinin qarşısının alınması” mövzusunda online təlim keçirilib. Təlimdə Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri i ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, şəhər və rayon İcra Hakimiyyətlərinin, Polis Şöbələrinin məsul şəxsləri iştirak edib. Təlimdə uşaq əməyinin qarşısının alınması ilə bağlı mövcud qanunvericilik əsasında geniş fikir mübadiləsi aparılıb və bu məsələ ilə əlaqədar aidiyyəti orqanların birgə fəaliyyətinin vacib olması vurğulanıb.