Şriftin ölçüsü :

Saytın rəngi :

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi

08 mart 2014 | 16:00

06 mart 2014-cü il tarixdə Neftçala rayonunda  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi. Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İ.M. Vəliyev iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi, onlara səadət və uğurlar arzuladı. Başçı öz çıxışında Ulu Öndərimiz Heydər Əliyevin həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirdiyini, onlara böyük hörmət və ehtiramla yanaşdığını qeyd etdi.
Mərasimdə Azərbaycan qadınının milli tariximizdə şərəfli yerindən öyünclə söhbət açıldı.
Sonra tədbir Rayonun mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə geniş bayram konserti ilə davam etdirildi. Tədbirin sonunda Neftçala rayonu İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup xanımlarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər