Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə videoformatda görüş keçirilib

23 may 2021 | 04:05

Neftçala Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birlikdə rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı videoformatda görüş keçirilib.
Görüşdə FHN-in yanğın təhlükəsizliyinə aid tövsiyyələr diqqətə çatdırılıb, əhalinin ərzaq təminatında mühüm rol oynayan dənli və texniki bitkilərin yetişdirilməsi və tədarükünə xüsusi diqqət göstərilməsi qeyd olunub. Aidiyyəti qurumlar tərəfindən kənd əhalisinin maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsini, taxıl sahələrində və onu qəbul edən məntəqələrdə yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb. Rayon İcra Hakimiyyətinin inzibati ərazi nümayəndələri görülən yanğın təhlükəsizliyi tədbirləri nəticəsində ötən mövsümdə rayon ərazisində yanğınların baş vermədiyini qeyd olunub və bu mövsümdə də, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.

Keçidlər