Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunun daha bir kəndinə təbii qaz verilib

22 may 2021 | 10:05

Son illərdə Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin görülməsi üçün Prezident İlham Əliyev tərəfindən hər zaman tapşırıqlar verilib və bu tapşırıqların nəticəsi olaraq 21 may 2021-ci il tarixində Neftçala rayonunun Pirəbbə kəndində yeni qaz xəttinin açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, yerli nümayəndə və kənd sakinlərinin koronavirus (COVİD-19) pandemiyasını nəzərə almaqla az sayda şəxslərin iştirakı ilə təşkil olunub.
Açılış zamanı Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid olan hərbi qulluqçuların xatirəsinin  bir dəqiqəlik sükutla yad edilib, əziz xatirələrinə dualar oxunub.
Neftçala rayonunun Pirəbbə kəndində yeni qaz xəttinin açılışı ilə 361 nəfər kənd əhalisi təbii qazla təmin olunub, hər bir mənzil qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Ümumilikdə Neftçala rayonunun 1 şəhər, 3 qəsəbə, 29 kəndi qazlaşdırılıb və digər qazlaşmayan kəndlərin qazlaşdırılması üçün Rayon İcra Hakimiyyəti tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər olunub.   Hal- hazırda rayonun  63 % yaşayış məntəqəsinin qazlaşdırılması həyata keçirilib. 
Tədbirdə iştirak edən kənd sakinləri göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Sonda kənd sakinləri ilə görüşülüb və vətəndaşların problemləri dinlənilib. Qaldırılan məsələlələr ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər