Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup" tərəfindən növbəti reyd keçirilib
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində, qəsəbə və kəndlərdə əhalinin sıx toplaşdığı obyektlərdə, marketlərdə və digər sıxlıq təşkil edən ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Keçirilən reydlər zamanı koronavirus ( COVİD-19) pandemiyasına qarşı vaksinləşmə olunmaları tövsiyyə olunub. ⠀⠀⠀⠀
⠀⠀⠀⠀
Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar ticarət obyektlərində maskadan və digər qoruyucu vasitələrdən istifadə olunmaq tövsiyyə olunub.