Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda ilkin mərhələdə içməli su xətti çəkiləcək kənd, qəsəbə və şəhər mərkəzindəki ərazilərə baxış keçirilib

02 may 2021 | 04:05

Neftçala rayonu ərazisində  Kür çayında suyun səviyyəsinin aşağı düşməsi, Xəzər dənizinin suyunun çay boyunca əks istiqamətdə axaraq suyu şorlaşdırması nəticəsində əhalinin içməli su ilə təminatında və əkin sahələrinin suvarılmasında yaranmış mövcud çətinliklə əlaqədar olaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Azərsu” ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsi, Neftçala Suvarma Sistemləri İdarəsi, Neftçala Sukanal İdarəsinin və digər məsul şəxslərin iştirakı ilə əhalinin içməli su və əkin sahələrinin suvarılmasında su çətinliyi yaranan ərazilərdə olub. RİH Başçısı əkin sahələrinin suvarılması ilə əlaqədar Neftçala Suvarma Sistemləri İdarəsinin nasos stansiyalarına, əhaliyə xidmət edən suvarma kanallarına, nasos aqreqatlarının su götürmə mənbələrinə baxış keçirib, yeni qurulan beton üzlüklü kanalla tanış olub.
RİH Başçısı əhaliyə xidmət edən su maşınları ilə maraqlanıb, onlarla maarifləndirici söhbətlər aparıb, əhaliyə daşınan suyun ucuz, sərfəli daşınması üçün tövsiyyə və tapşırıqlarını verib.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2021-ci ildə icrası nəzərdə tutulan işlər ilə əlaqədar RİH Başçısı Rayonun kəndlərində, qəsəbələrində və şəhər əhalisinin sıx yaşadığı digər məhəllələrə baxış keçirib, əhali ilə söhbətlər aparıb. İlkin olaraq yeni çəkiləcək su xəttinin, əhalinin su təminatını təşkil edən mənbələrə baxılıb və əhalinin rahatlığı nəzərə alınmaqla işlərin görülməsi planlaşdırılıb. Əhaliyə verilən içməli suyun tərkibinin yoxlanılması, daha keyfiyyətli su verilməsi və yaranan içməli su çətinliyin aradan qaldırılması, qəsəbə və kəndlərdə qurulan modul tipli su təmizləyici qurğuların saz vəziyyətdə olması, bu modullardan qidalanan bulaqların işlək vəziyyətdə olması, təmir olunması və bu modul tipli qurğulara, bulaqlara müntəzəm baxış keçirilməsi məsələləri Neftçala Sukanal İdarəsinə tapşırılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərsu” ASC tərəfindən yeni çəkiləcək içməli su xətti ilə əlaqədar vətəndaşlar Cənab Prezidentə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər