Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü Neftçala Rayon Mərkəzi Xəstəxanasında yad olunub

29 aprel 2021 | 10:04

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü Neftçala Rayon Mərkəzi Xəstəxanasının kollektivi tərəfindən  koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda tibb işçilərinin iştirakı ilə qeyd olunub. Tədbirdə çıxış edən Neftçala Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin baş direktoru Elman Quliyev Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmasından, Zərifə xanımın həyat fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Tədbirdə xəstəxananın həkim kollektivi Zərifə xanımın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
Zərifə Əliyeva 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülüb.
Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə aid bir çox tədqiqatlar aparıb.
Zərifə xanım Əliyeva “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s.əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri xiyabanda - atasının məzarı yanında dəfn olunub.

 

Keçidlər