Şriftin ölçüsü :

Saytın rəngi :

“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib

29 aprel 2021 | 10:04

27 aprel tarixində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Lerik şəhərlərinin icra hakimiyyətlərinin, idarə və müəssisələrin və   din xadimlərinin məsul şəxslər iştirak edib. Görüşdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev və digər şəxslər çıxış edib. Çıxış edənlər zəngin milli-mənəvi dəyərlərə və adət-ənənələrə sahib olan xalqımızın uzun illər özünün mənəvi dəyərlərini qoruyub saxlayaraq onu bu günümüzədək yaşatdığını, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində önəmli addımlar atdığını və bu işlərin hal- hazırda Prezident İlham Əliyev tərəfindən də xalqımızın ulu dəyərlərinə xüsusi hörmətlə yanaşıldığını nəzərə çatdırıblar.  44 gün davam edən Vətən Müharibəsində qazanılan böyük zəfərdə bu ali dəyərlərin xüsusi rol oynadığını bildiriblər.
Tədbir iştirakçıları Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda həm döyüş meydanında, həmdə siyasi arenada dövlətimizə dəstək olmaları dövlətimizin apardığı  uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilib. Gənc nəslə bundan sonrada milli-mənəvi dəyərlərimizin aşılanması, hərbi-vətənpərvərlik hislərinin daha da yüksəldilməsi məsələlərinin ən vacib vəzifələrdən biri kimi diqqətə çatdırılıb.

Keçidlər