Rayonda 20 yanvar faciəsinin 24-cü ildönümü qeyd edildi.
1990-cı il yanvar ayının 20-də Bakıda baş vermiş qanlı faciənin 24-cü ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş, 20 yanvar faciəsində Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olan həmvətənlərimizin xatirələri böyük ehtiramla yad edilmişdir.20 yanvar 2014-cü il tarixdə keçirilmiş tədbirdə başda Rayon İcra Hakimiyyətinin başçısı cənab İ. Vəliyev olmaqla, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad etmişlər. Sonra tədbir iştirakçıları Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olmuş həmyerlilərimizin məzarları önünə gül-çiçək dəstələri düzmüşlər.