Neftçala rayonunda “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda onlayn görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinə uyğun olaraq “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” mövzusunda Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 aprel tarixində videoformatda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə Neftçala Rayonu İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın əməkdaşları, yerli İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Neftçala Rayon Təhsil Şöbəsinin əməkdaşları, Neftçala RPŞ-nin əməkdaşları və digər şəxslər iştirak edib.