Neftçala rayonunda meliorativ işlər davam etdirilir
Neftçala rayonunda meliroativ işlərin daha keyfiyyətli aparılması üçün kollektor-drenlərda istismar işləri davam etdirilir. Kanallar, kollektorlar, drenajlar lildən, kol-kosdan təmizlənir, sutullayıcı qurğu və hidrotexniki avadanlıqlar saz vəziyyətə gətirilərək şirin suyun verilməsi və şor suların sahələrdən uzaqlaşdırılması təmin olunur.
Neftçala rayonunda əkin sahələrinin vaxtında şirin su ilə təmin olunması, torpaqların şor sulardan təmizlənməsi məqsədilə kollektor-drenlər mütəmadi olaraq istismar edilir.
Suvarma kanallarının, kollektor-drenaj şəbəkəsinin və hidrotenikiqurğuların iş prossesinin təmini üçün Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-nin aidiyyəti idarələri tərəfindən cari və əsaslı təmir işləri görülür. 2021-ci ilin ilk 3 ayı ərzində Neftçala rayonu ərazisində Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarında 138 km lildən və kol- kosdan təmizlənib, 22 ədəd hidrotexniki qurğu cari təmir olunub.
Kollektor-drenajlarda 2021-ci ilin ilk 3 ayı ərzində Neftçala rayonu ərazisində Aşağı Muğan Meliorativ Sistemlərinin İstismar İdarəsi və Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi tərəfindən 66,2 km kollektor drenaj şəbəkəsi lildən təmizlənib, 7 ədəd hidrotexniki qurğu cari təmir olunub.⠀
Əkin işləri ilə əlaqədar hazırda suvarma kanalları, kollektorlar şəbəkələrində təmizləmə işləri davam etdirilir. Bunun üçün əraziyə texnikalar və ekskovatorlar cəlb olunub.
Neftçala Rayon İcra Hakimiyyəti suvarma kanallarının, kollektor- drenlərin vaxtında təmizlənməsi, hidrotexniki qurğuların təmir olunmasını hər zaman diqqətdə saxlayır.⠀