Neftçala rayonunda “Təmiz hövzələr” aksiyası keçirilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının və ekokönüllülərin də iştirakı ilə birlikdə Kür çayı hövzəsinin 15 kilometrdən artıq sahəsini sintetik torlardan təmizlənməsini həyata keçirib.
Brakonyerliklə mübarizəyə daha geniş kütləni cəlb etməklə ölkənin su hövzələrində bu cür tədbirlər daha da intensivləşdirmək, ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək, onların artırılmasına dəstək olmaq olar.
Su hövzələrinin çirkləndirilməsi, plastik tullantıların su axarlarına atılması da bioresursların məhvinə səbəb olur. Bunun üçündə sututarlarını zibilləməmək, qadağan olunmuş alətlərlə balıq ovlayanları bu işlərdən çəkindirmək hər birimizin borcu və vəzifəsi olmalıdır. “Təmiz hövzələr” aksiyasında yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib.