31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir
30 dekabr 2013-cü il tarixində Neftçala Rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbir rayon ictimaiyyətinin bir qrup üzvləri başda Rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev olmaqla Heydər Əliyev abidəsi önünə gələrək, onun önünə gül dəstələri qoydular.
Sonra tədbir milli qəhrəman Xanoğlan Məmmədov adına Mədəniyyət və İncəsənət sarayında bayram konserti ilə davam etdirildi.
İlk olaraq rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev Neftçala sakinlərini bayram münasibətilə təbrik etdirdi. O çıxışında Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə alaraq elan etdiyi və dövlət bayramı kimi qeyd olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən danışmış, tədbir iştirakçılarını bu bayram və Yeni il münasibətilə təbrik etmişdir.
Sonra tədbir biri-birindən maraqlı bayram proqramı ilə davam etdirildi.