Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şəhid bulağının açılışı olub

18 aprel 2021 | 04:04

44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid Cəfərov Cəlil Sulduz oğlunun Neftçala rayonu Şorkənd kəndində koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə xatirə bulağının açılışı olub. Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər  və digər məsul şəxslər iştirak edib.
Cəlil Cəfərov 8 avqust 1998-ci ildə Neftçala rayonunun Şorkənd kəndində anadan olub. 2004-2015-ci illərdə Salyan şəhər 3 saylı tam orta məktəbdə təhsilini alıb. Kiçik yaşlarından sərbəst güləşlə məşğul olub, bir sıra idman yarışlarının iştirakçısı olub.  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə kəşfiyyatçı olaraq qatılıb, Suqovuşanın və Talış kəndinin, Laçın uğrunda gedən döyüşlərdə şücaət göstərib. Noyabrın 19-da Şorkənd kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə Cəlil Cəfərov ölümündən sonra  təltif edilib.

Keçidlər