Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda əhalinin içməli su ilə təmin olunması üçün təxirə salınmaz tədbirlər davam edir

06 aprel 2021 | 04:04

Xəzər dənizinin Kür çayına qarışması nəticədə Neftçala şəhərinin bir sıra məhəllərində, qəsəbə və kəndlərdə içməli su təminatında çətinliklər yaranıb.Neftçala Rayon İcra Hakimiyyəti və "Azərsu" ASC ilə birlikdə müxtəlif iri həcmli avtomobil texnikalarını cəlb etməklə Neftçala Rayonunun müxtəlif yerlərində, xüsusilə Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 № Mayak, 2 № Mayak kəndlərinə içməli su təminatını həyata keçirir.
Rayon sakinlərinin nəzərinə:
İçməli su təminatı ilə əlaqədar çətinlik yarandıqda Rayon İcra Hakimiyyəti və "Azərsu" ASC-i tərəfindən yaradılan qaynar xətti ilə (+994 77-333-4-955) əlaqə saxlamaları xahiş olunur. Eyni zamanda RİHB-nın yerli nümayəndəliklərinə müraciət edə bilərlər.

Keçidlər