Kür çayının suyunun şorlaşması ilə əlaqədar iclas keçirilib
Kür çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində Neftçala rayonu ərazisində Kür çayı ilə Xəzər dənizinin birləşdiyi 1№-li Mayak kəndi ərazisindən dəniz suları Kür çayına axaraq suyun tərkibi dəyişib, suyun duzluluğu artıb və nəticədə sudan istifadə çətinləşib.
Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidovun rəhbərliyi ilə 3 nömrəli Regional Sukanal İdarəsinin Lənkəran Sukanal Sahəsi, Neftçala Suvarma Sistemləri İdarəsi və digər rəhbər şəxslərin iştirakı ilə iclas keçirilib.
İclasda yaranan içməli su problemi ilə əlaqədar Kürkənd, 2-ci Mayak kəndlərinin içməli su təminatını yaxşılaşdırılması üçün modul tipli qurğulara yeni çəkilmiş su xətti vasitəsi ilə su təminatını təmin etmək, yeni çəkilən su xəttinin Bankə qəsəbəsi istiqamətindən keçən hissəsində 2 ədəd su doldurucu qülləninin inşası, rayon ərazisində olan su çənlərinin hazırki vəziyyəti, su daşıyan texnikaların saylarının müəyyən edilməsi məsələləri müzakirə olunub.
2020-ci ildə yaranan su problemi ilə əlaqədar çəkilən yeni su xətti yalnız Neftçala Su Kanal İdarəsinin 10 000 abonentinə xidmət edir və bu işlərin davamı Dövlət Proqramına əsasən nəzərdə tutulub. Bu istiqamətdə işlər davam etdirilir və su təminatı olacaqdır. Su təminatında yaranan çətinliklə əlaqədar olaraq vətəndaşların içməli sudan qənaətli şəkildə istifadə etməyə çağırırıq.