Neftçala rayonunda şəhid ailələrinin mənzil növbəsinə qeydiyyata alınması ilə əlaqədar görüş keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun sərəncamı ilə yaradılan komissiya tərəfindən 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Neftçala rayonu üzrə əlilliyi müəyyən edilən şəxslərin, şəhid ailələrinin sosial- məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliliyinə uçota alınması məqsədilə Rayon İcra Hakimiyyətinə təqdim olunan müraciətlərə baxılması ilə əlaqədar görüş keçirilib.
Görüşdə ilk növbədə Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən Vətən müharibəsində həlak olan hərbi qulluqçuların ailələrinin və sağlamlığını itirən hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, xüsusilə mənzil təminatı və digər sosial ehtiyaclarının qarşılanması istiqamətində aidiyyəti dövlət orqanları və yerli icra hakimiyyəti orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Neftçala rayonu üzrə bu kateqoriyadan olan şəxslərin mənzil təminatı həyata keçirilib və həyata keçirilməkdə davam edir.