Kamran Hüseynovun 100 illik yubleyi ilə bağlı təntənəli tədbir
Ötən əsrin əllinci illərində rayonumuza rəhbərlik etmiş Kamran Huseynovu şəxsən görməsəkdə, kitablardan, isti xatirələrdən tanımışıq bu işıqlı, nurlu insanı, Prezident İlham Əliyevin Kamran Hüseynovun 100 illik yubleyinin keçirilməsi haqqında 6 avqust 2013-cü il tarixli sərəncamından sonra biz onu daha yaxından tanımağa öyrənməyə başladıq. Qısa müddətli fəaliyyəti dövründə Neftçalada böyük quruculuq, abadlıq işlərini həyata keçirməyi bacaran, öz nəcib, xeyirxah əməllərilə yaddaşlarda, xatirələrdə isti iz qoyan bu insan gözlərimiz önündə dahada ucaldı, yüksəldi.
Dekabrın 9-da rayonumuzda Kamran Hüseynovun 100 illik yubleyi ilə bağlı təntənəli tədbir keçirildi. Respublikanın adlı sanlı adamlarının iştirak etdiyi bu gözəl, unudulmaz tədbiri neftçalalılar çoxdan idi böyük sevinclə, intizarla gözləyirdilər.Kamran Hüseynovun qızının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynovanın, mərhumun doğmalarının, əzizlərinin, habelə millət vəkilləri Qənirə xanım Paşayevanın, Əliağa Hüseynovun, Azərbaycan İnşaat Mühəndisləri Universitetinin rektoru Gülçöhrə Məmmədovanın və digər tanınmış, hörmətli şəxslərin Neftçalaya gəlişləri onsuzda təntənəli olan bu tədbirin təntənəsini bir az da artırmışdı.
Mərasimi rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin xanım Sadıqova açaraq tədbir iştirakçılarını və qonaqları salamladı.Qeyd etdi ki, Prezident İlham Əliyevin görkəmli ictimai xadim Kamran Hüseynovun 100 illik yubleyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncam, sərəncamda qarşıya qoyulan konkret vəzifələr müvafiq qurumları hərəkətə gətirmişdir. Sözünə davam edən Gültəkn xanım Kamran Hüseynovun mənalı ömür yolunun ən mühüm anlarını, tarixini dinləyicilərin nəzərinə çatdırdı.
Sonra “Kamran ömrü”sənədli film nümayiş etdirildi.Bu böyük insanın qurub-yaratmaq əzmi, möhkəm iradəsi, qarşıya çıxan çətinliklərə mətanətlə sinə gəlməsi adamı sözün əsl mənasında riqqətə gətirirdi.
Tədbirdə filalogiya elmləri doktoru, professor İmamverdi Əbilov xəstə olmasına baxmayaraq iştirak edirdi.Elə xəstə olduğuna görə də öz çıxışını monitor vasitəsi ilə etdi.Kamran Hüseynovla bir yerdə çalışan, o dövrün çətinliklərini öz gözləri ilə görən İmamverdi müəllimin xatirələrini dinləmək hamı üçün xoş idi.İmamverdi müəllimin Kamran Hüseynovla bağlı söylədiyi qiymətli fikirlər o böyük insanı gözlərimizdə dahada ucaltdı.Millət vəkili Qənirə xanım Paşayevanın Kamran Hüseynovla bağlı çıxış etdi. O, da çıxışında Kamran Hüseynovun mənalı ömür yolundan gördüyü işlərdən danışdı.
Sonda Kamran Hüseynovun qızı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova çıxış etdi. Hicran xanım Hüseynova öz çıxışında atasına göstərilən böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə özünün səmimi minnətdarlığını bildirdi.Tədbir iştirakçılarına və Bakıdan gələn qonaqlara dərin təşəkkür etdi.